Qiymətləndirmə fəaliyyətinin digər əsas istiqamətlərindən biri qeyri-yaşayış təyinatlı daşınmaz əmlakdır. Bu tip əmlaklar müxtəlif təyinatlı, fərqli funksiyalı coxsaylı növlərə ayrılır. Adi qarajdan tutmuş böyük biznes mərkəzlərə qədər müxtəlif təyinatlı daşınmaz əmlaklar qeyri-yaşayış təyinatlı daşınmaz əmlaklara aiddir. Bu mənada qeyri-yaşayış təyinatlı daşınmaz əmlakların qiymətləndirilməsində müxtəlif amillər nəzərə alınır ki, bunlar da fərqli yanaşmalar tələb edir.
Qeyri-yaşayış təyinatlı daşınmaz əmlakların qiymətləndirilməsində daha çox aşağıdakı əmlak növlərini rast gəlinir:
- Ofislər
- Ticarət obyektləri
- Xidmət sahəsi üzrə obyektlər
- İaşə obyektləri
- Anbarlar
- Qarajlar
- İstixanalar
- İstehsal binaları və s.