Qiymətləndirmə təcrübəsində məşhur istiqamətlərdən biri də nəqliyyat vasitələrinin qiymətləndirilməsidir. Nəqliyyat vasitələrinin qiymətləndirilməsi  bir sıra mümkün istifadə istiqamətləri, o cümlədən maliyyə hesabatlılığı, alış və satış, vergiyə cəlbetmə üçün tələb oluna bilər. Nəqliyyat vasitələrinin qiymətləndirilməsi dedikdə, bura yalnız ən çox rast gəlinən ənənəvi minik və yük avtomobilləri deyil, hava, cu, dəmir yolu və digər nəqliyyat növləri daxildir.

Nəqliyyat vasitəsi dedikdə aşağıdakı növləri qeyd etmək olar:

Avtonəqliyyat:

  • Minik avtomobilləri
  • Yük avtomobilləri
  • Yük qoşquları
  • Avtobuslar
  • Motosikillər və mopedlər
  • Xüsusi texnikalar

Su nəqliyyatı

  • İri həcmli gəmilər
  • Katerlər
  • Bərələr
  • Kreyserlər
  • Yaxtalar
  • Qayıqlar və s.

Hava nəqliyyatı

  • Sərnişin təyyarələri
  • Yük təyyarələri
  • Helikopterlər

Dəmir yol nəqliyyatı

  • Sərnişin qatarları
  • Yük qatarları
  • Tramvay və troleybuslar
  • Lokomotivlər və s.

Qeyd edilən ənənəvi nəqliyyat növlərindən başqa qeyri-ənənəvi nəqliyat vasitələri də var. Hava şarı, asma kanatlar, funikulyor, həttə boru kəmərləri bu cür nəqliyyat növlərinə aid edilir.

Nəqliyyat vasitələrinin qiymətləndirilməsi zamanı növlərindən asılı olaraq aşağıdakı amillər nəzərə alınır:

  • Nəqliyyatın növü
  • İstehsal ili
  • Motorun gücü
  • Texniki imkanları
  • Yürüşü
  • Texniki vəziyyəti
  • Rəngi və s.